İKT

Yeni “Nokia” buraxıldı - VİDEO
20 SENTYABR
1166

Yeni “Nokia” buraxıldı - VİDEO

2016-09-20 17:27:00
“Microsoft” şirkəti yeni və düyməli “Nokia 216” telefonunu təqdim edib.
 
İKT.lent.az-ın xəbərinə görə, bu barədə korporasiyanın yaydığı açıqlamada bildirilir. Öz formatına baxmayaraq, cihaz smartfonlarda olduğu kimi, proqram əlavələrini, oyunları dəstəkləyir. Telefonda “Opera Mini” brauzeri qurulub.
 
Cihaz 2,4 ekran ölçüsünə, ön və arxa kameraya, 2 min nəfərlik “qeyd dəftəri”nə malikdir. Ümumi yaddaşı kartla 32 Gb-ə qədər artırmaq mümkündür.
 
Telefon fonar, FM-radio, mp3 pleyer, videooynadıcı, “Bluetooth 3.0” modulu, 1020 mAs-lıq batareya ilə təchiz olunub.
 
Yeni “Nokia”nın 2 simkartlı (dual) variantı da var. Telefonun qiyməti açıqlanmasa da, onun təxminən 45 dollara yaxın olacağı bildirilir.
 
Mənbə: lent.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271