İKT

Azərbaycan monitor istehsalını artırıb
20 SENTYABR
203

Azərbaycan monitor istehsalını artırıb

2016-09-20 10:38:00

Bu il Azərbaycanda monitor istehsalı xeyli artıb.

Fins.az-ın məlumatına görə, bu ilin yanvar-avqust ayları ərzində Azərbaycanda kompüter və elektron məhsullarının, elektrik avadanlıqlarının istehsalı sahələrində 100,4 milyon manatlıq məhsul istehsal olunub.

Эvvəlki ilin yanvar-avqust ayları ilə müqayisədə kompüter və elektron məhsullarının istehsalı 14,8 faiz, elektrik avadanlıqlarının istehsalı isə 2,2 dəfə artıb. 

Səkkiz ay ərzində əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə maye və qazların məsrəfinin və ya səviyyəsinin ölçülməsi üçün cihazların istehsalı 1,8 dəfə, monitorların istehsalı 128,0 dəfə artıb, məişət soyuducularının istehsalı 29,5 faiz, 1 kV-dan çox gərginlik üçün elektrik cərəyanı naqillərinin istehsalı 93,9 faiz azalıb. 

Bununla yanaşı, hesabat dövründə 8,6 min ədəd qəbuledici qurğuları olmayan radio və televiziya verilişləri aparatları istehsal edilib.

Mənbə: lent.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275