İKT

Azərbaycan Gürcüstanla birgə planşetlər istehsal edəcək
19 SENTYABR
279

Azərbaycan Gürcüstanla birgə planşetlər istehsal edəcək

2016-09-19 16:10:00
Gürcüstanın Rustavi şəhərində fəaliyyət göstərən "AG Microelectronics" istehsal etdiyi məhsulların çeşidini genişləndirir.
 
Fins.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, şirkətin baş direktoru Mixail Qlonti bildirib ki, 2017-ci ilin ikinci yarısında müəssisədə "Android" əməliyyat sistemi üzərində qurulmuş planşetlər istehsal olunacaq: "Hazırda biz bu layihənin üzərində işləyirik. Bu, bir qədər vaxt aparan layihədir. Böyük ehtimalla, gələn ilin ikinci yarısında artıq ilk məhsul istehsal olunacaq".
 
Qeyd edək ki, "AG Microelectronics" şirkətinin əsasını Azərbaycan-Gürcüstan birgə müəssisəsi olan "AG Telekom" qoyub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275