İKT

Vahid regional rouminq tarifləri tətbiq edildi- YENİLİK
16 SENTYABR
379

Vahid regional rouminq tarifləri tətbiq edildi- YENİLİK

2016-09-16 11:11:00

Azərbaycanın aparıcı mobil rabitə operatoru olan “Azercell Telecom” şirkəti oktyabrın 15-dən etibarən bir sıra ölkələrdə həm fakturalı xətt, həm də fakturasız (SİmSim) xətt sistemlərinə aid nömrələrdə rouminq xidmətindən istifadə ilə bağlı bəzi ölkələrin operatorları üzrə vahid xidmət haqları tətbiq edəcək.

“Report” xəbər verir ki, bununla da abunəçinin vaxtında məlumat əldə etməməsi və ya cihazın avtomotik sazlanması nəticəsində daha baha qiymətlərlə xidmət göstərən şəbəkənin seçilməsi ehtimalı aradan qalxacaq.

Ölkə Daxil olan zənglər
(1 dəqiqə)
Edilən zənglər 
(1 dəqiqə)
Mobil internet 
(1 MB)
Göndərilən SMS
Albaniya, Andorra, Bosniya və Herseqovina, Monteneqro, İrlandiya, İslandiya, İsveç, Makedoniya, Malta, Slovakiya, Sloveniya 0,32 AZN 1,50 AZN 3,50 AZN 0,20 AZN

Cədvəldə bütün tariflər ƏDV ilə göstərilib.

İstiqamətindən asılı olmayaraq daxil olan zənglərin hesablanma intervalı 60 saniyə, çıxan zəngin hesablanma intervalı isə 15 saniyədir. Tariflər peyk nömrələrinə və qısa nömrələrə edilən zəglərə, göndərilən SMS-lərə şamil edilmir. Mobil-internet xidmətində hesablanma intervalı 15 KB-dır.

Qeyd edək ki, mobil internet xidmətindən yalnız fakturalı xətt sisteminə aid nömrələrdə yararlanmaaq mümkündür.

 

 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271