İKT

Uşaqlar internetdə nə ilə məşğul olurlar - ARAŞDIRMA
16 SENTYABR
201

Uşaqlar internetdə nə ilə məşğul olurlar - ARAŞDIRMA

2016-09-16 09:40:00

“Kasperskiy Lab” şirkəti məktəblilərin təhsildə internetə çıxışı olan qurğulardan necə istifadə etdiyini araşdırıb.

Şirkətdən bildirilib ki, araşdırmanın nəticələrinə görə təhsillə bağlı internetə çıxış zamanı məktəblilərin 58 faizi kompyuter və noutbuklara üstünlük verir. Planşetlərdən bu məqsədlə 4 nəfərdən biri, smartfonlardan isə məktəblilərin 15 faizi istifadə edir.

Gənc istifadəçilərin yarısından çoxu (60 faizi) ən azı həftədə bir neçə dəfə təhsillə əlaqədar internetə daxil olur. Bununla belə, şagirdlərin 28 faizi interneti öz təhsilləri üçün çox əhəmiyyətli alət olaraq görür və məhz bu səbəbdən ondan tamamilə imtina etməyə hazır deyil.

Bundan başqa, şаgirdlər internetdə informasiyanın axtarışı zamanı kibertəhlükələrlə də rastlaşa bilər. Belə ki, 8-16 yaş arasında şagirdlərin 37 faizi bu cür hallarla qarşılaşdığını bildirib. Onlar uyğun olmayan kontentlə, zərərli proqramlar, fırıldaqçılıq, onlayn təcavüz və digər təhlükəli hallarla rastlaşıblar.

Qeyd edək ki, şagirdlərin internetə çıxışı olan qurğulardan aktiv istifadəsi valideynlərlə konfliktə səbəb olur, bu da bir çox ailələrdə həm uşaqların, həm də böyüklərin eyni qurğulardan istifadə etməsindən irəli gəlir. Bu, kompyuter və noutbukların ümumi istifadə olunduğu 64 faiz ailə üçün aktual problemdir. Məsələn, valideynlər uşaqların qurğuda nə isə qırdığından (31 faiz), virus keçirdiklərindən (30 faiz) və səhvən bəzi informasiyaları silməklərindən (23 faiz) şikayət edirlər. Hər 4-cü valideyn (24 faiz) uşağı tərəfindən sifariş olunmuş və ya yüklənilmiş kontent üçün pul ödəməli olur. Uşaqlar da şikayətsiz deyil: gənc istifadəçilərin 16 faizi valideynlərinin səhvən onların məlumatlarını sildiyini bildirib.

“Qurğular və internetə çıxış həqiqətən şagirdlərə təhsildə çox kömək edir: daha çox informasiya əldə etməyə şərait yaradır, öyrənmə prosesini yadda qalan və daha maraqlı edir. Lakin uşağı rəqəmsal dünya ilə təkbətək buraxarkən onun təhlükəsizliyi barədə də düşünmək lazımdır. Şagirdlər sadəcə yeni informasiya axtarsalar belə, uyğun olmayan kontentlə rastlaşa və psixoloji travma ala bilərlər. Qoruyucu həll yolu internetdən yeni biliklərin alınması prosesinə mütləq şəkildə əlavə edilməlidir. Uşağın kompyuterinə quraşdırılmış valideyn nəzarət proqramı vasitəsilə uşaq təsadüfən və ya bilərəkdən arzuolunmaz kontentlə rastlaşa bilməz. Bu cür kontentə yüksək maraq olduğu təqdirdə isə valideyn bu barədə bildiriş qəbul alır”, - deyə “Kasperskiy Lab” şirkətinin uşaq internet təhlükəsizliyi üzrə eksperti Mariya Namestnikova qeyd edib.

İnternetdə uşaqların təhlükəsizliyini təmin etmək üçün “Kasperskiy Lab” şirkəti bütün məşhur əməliyyat sistemlərinə uyğun olan “Kaspersky Safe Kids” adlı xüsusi həll hazırlayıb. Bu proqram valideynlərə gənc istifadəçinin internetdə nə ilə məşğul olduğunu, orada nə qədər vaxt keçirdiyini öyrənmək, həmçinin uşağın smartfonuna gələn zəng və SMS-lər barədə xəbərdarlıq alma və geolokasiya funksiyasının köməyi ilə yerlərini təyinetmə imkanı yaradır.

İnternetdə uşaqları gözləyən təhlükələr və qoruma üsulları barədə daha ətraflı məlumatı kids.kaspersky.ru saytından əldə etmək olar.

Mənbə: Azərtac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275