İKT

"Galaxy Note 7"-yə - AZALDAN QADAĞA
15 SENTYABR
326

"Galaxy Note 7"-yə - AZALDAN QADAĞA

2016-09-15 14:39:00
Avropa Aviasiya Təhlükəsizliyi Agentliyinin (EASA) tövsiyələrinə əsasən "Azərbaycan Hava Yolları" sərnişinlərdən uçuş zamanı Samsung Galaxy Note 7  smartfonlarını istifadə etməməyi və enerji şəbəkəsinə qoşmamağı xahiş edir.
                                                                  
Bu model smartfonun həmçinin qeydiyyatdan keçirilən baqajda daşınması da qadağandır.
 
Fins.az-ın AZAL-ın mətbuat xidmərinə istinadən məlumatına görə, məhdudiyyətlər Samsung Galaxy Note 7 smartfonlarının alışıb yanması halları ilə əlaqədar olaraq geri çağırılması barədə Samsung şirkətinin bu yaxınlarda verdiyi məlumatlar ilə bağlıdır.
 
Samsung Galaxy Note 7 smartfonları ilə səyahət edən sərnişinlər təyyarənin göyərtəsində smartfonun zədələnməsi, qızması və ya itməsi halında hava gəmisinin heyətinə dərhal məlumat verməlidirlər.
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272