İKT

Azercell-dən yeni GəncOL Oyun Portalı
09 SENTYABR
218

Azercell-dən yeni GəncOL Oyun Portalı

2016-09-09 17:52:00

Azercell Telekom MMC virtual əyləncəni sevən abunəçiləri üçün “GəncOL Oyun Portalı”nı istifadəyə verib. Bu portal vasitəsilə bütün Azercell abunəçiləri dünyaca məhşur EA, Java və Onlayn oyunları oynamaq və ya abunə olmaq imkanı əldə edirlər. 

“GencOL Oyun Portalı”na www.gencol.az portalının Əyləncə bölümü və ya oyun.gencol.az linki vasitəsilə daxil olmaq mümkündür. Abunəçilər kompüter, smartfon, planşet cihazları vasitəsilə Oyun Portalından istifadə edə bilərlər. Qeyd edək ki, birdəfəlik yükləmə ilə abunə 1.5 AZN-ə 1 oyun yükləmək, xidmətə abunə olmaqla isə həftədə 3 oyunu 1.99 AZN-ə əldə etmək imkanı qazanır. Gənc OL tarif paketi istifadəçiləri üçün isə Azercell 20.09.2016-cı il tarixindən bütün oyunlara 50% endirim tədbiq edəcək. Yəni GəncOL tarifində olan və yeni qoşulan abunəçilər bu oyun portalından daha sərfəli şəkildə yararlana biləcəklər. Hazırda GəncOL-lular 80-dən artıq məkanda sərfəli endirimlərdən yararlana bilirlər.
GəncOL tarifinə qoşulmaq üçün SimSim abunəçiləri G5 və ya G8 açar sözünü 7575-ə göndərməlidirlər. GəncOL5 tarif paketi istifadəçiləri ayda cəmi 5 AZN ödəyib hər ay 2GB İnternet, GəncOl-lularla 200 dəqiqə danışıq, 200 SMS-dən yararlanmaq imkanı qazanır. GəncOL8 tarif paketi də abunəçilərə sərfəli danışıq təklif edir. Belə ki, bu tarifdə abunəçi 4GB İnternet, 400 tarifdaxili dəqiqə və 400 SMS-dən istifadə etmək imkanı qazanır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274