İKT

«Bakcell» müştərilərinə xəbərdarlıq edib
09 SENTYABR
1389

«Bakcell» müştərilərinə xəbərdarlıq edib

2016-09-09 10:23:00

Uzun müddət istifadə olunmayan «Bakcell» nömrələri bağlanacaq. Fins.az-ın məlumatına görə, bu barədə «Bakcell»in rəsmi mətbuatdakı elanında bildirilir.

Elanda şirkət öz abunəçilərinə məsləhət görüb ki, oktyabrın 10-na qədər «Bakcell Müştəri Xidmət» mərkəzlərinə müraciət edib xətti bağlı olan nömrələrini aktivləşdirsinlər. Əksə halda həmin nömrələr istifadəçidən alınacaq: «Abunəçilər qeyd edilən tarixə qədər xətti bağlı olan nömrələrini aktivləşdirmədiyi halda «Bakcell» MMC müvafiq nömrəyə dair müştəri ilə bağlanılan abunə müqaviləsini ləğv etmək və həmin nömrəni digər abunəçinin istifadəsinə vermək hüququndan yararlanacaq»-deyə elanda bildirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275