İKT

Rəqəmsal tunerlərə rüsum ləğv edildi – Qərar
03 SENTYABR
928

Rəqəmsal tunerlərə rüsum ləğv edildi – Qərar

2016-09-03 10:24:00

Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarında dəyişiklik edilib. Dəyişikliyə görə, rəqəmsal tunerlərin (set-top-box) idxalı gömrük idxal rüsumuna cəlb edilməyəcəkdir.

Fins.az-ın “Marja”ya istinadən məlumatına görə, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təsdiqedici sənədinə əsasən, DVB-T və DVB-T2 standartına uyğun rəqəmli televiziya yayımı üçün avadanlıqlar və onlara aid ötürücü  anten fider sistemləri gömrük idxal rüsumundan azad edilir.

Qərar Oktyabrın 3-dən  qüvvəyə miniəcək və 3 il müddətində qüvvədə olacaqdır.

Qeyd edək ki, Azərbaycanda televiziya yayımı rəqəmsal yayıma keçdiyindən əhalinin bir çox televizorları üçün set-top-box tələb olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272