İKT

Bakıda “iPhone”lar ucuzlaşmağa başladı - QİYMƏTLƏR
02 SENTYABR
6066

Bakıda “iPhone”lar ucuzlaşmağa başladı - QİYMƏTLƏR

2016-09-02 16:16:00

Bakıda “iPhone” modelləri ucuzlaşmağa başladı. Söhbət elan saytlarındakı satışlardan gedir. Bu barədə fins.az-a alsat.az saytının rəhbəri Vaqif Hüseynov bildirib. Onun sözlərinə görə, son bir ayda elanla satışa çıxarılan  “iPhone”ların sayı  30 % artıb. Nəticədə “iPhone 5”, “iPhone 5S”, “iPhone 6”, “iPhone 6 S” modellərinin qiyməti 10-30 % ucuzlaşıb. 

“iPhone 5” 130 manat ucuzlaşıb

Məsələn, əvvəl 380-350 manata satılan “iPhone 5” hazırda elan saytlarında 250 manata təklif edilir.  “iPhone 5S”lərdə qiymət fərqi  130 manata qədər artıb. Əvvəl 450 manata satılan smartfonu  indi  270-300 manata almaq olar. 

“iPhone 6”da 150-200 manat fərq

“iPhone 6” modelləri isə hətta 150-200 manat ucuzlaşıb. Məsələn,  700-750 manata olan telefonun indiki qiyməti 550 manat təşkil edir. “iPhone 6S”lərin qiyməti 800 manatdan 700 manata düşüb. 

“iPhone 7”yə görə əvvəlki modellər ucuzlaşır

V.Hüseynovun sözlərinə görə, sadalanan qiymətlər ancaq elan saytlarındakı təkliflərə aiddir. Mağazalarda ikinci əl “iPhone”ların qiyməti  hələlik nisbətən yüksəkdir. Sayt rəhbəri  bildirib ki, hər il payız mövsümündə yeni  “iPhone” modeli bazara təqdim edilir. “iPhone 7”nin sentyabr ayında satışa çıxarılacağı bildirilsə də, təqdimat gecikir. Bununla belə yeni modelin satışa çıxarılacağı xəbəri Bakıda əvvəlki model “iPhone”ın  qiymətlərinin ucuzlaşmasına səbəb olub. Belə ki,   “iPhone 7” almaq istəyənlər  hazırda işlətdikləri “iPhone 6”nı baha satmağa çalışırlar.  Ona görə də qiymətləri aşağı salırlar. Çünki yeni model satışa çıxarılacağı zaman əvvəlki modellər daha çox, yəni 50%-ə kimi ucuzlaşacaq. Yəni, 700 manatlıq “iPhone 6S” hazırda 550 manata satılırsa, “iPhone 7” satışa çıxan kimi onun qiyməti 400 manata kimi ucuzlaşacaq. 

“iPhone 7” Bakıda 1300-1500 manat olacaq

Yeni  “iPhone”un qiymətinə gəlincə V.Hüseynov satışa çıxarılacağı ilk 10 gün ərzində bu modelin Bakıda 1300-1500 manata satılacağını deyir. Sonrakı müddətdə  yeni modelin qiyməti 1000 manata kimi ucuzlaşacaq. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272