İKT

Gələn ildən “5G” avadanlığının istehsalı başlayır
02 SENTYABR
243

Gələn ildən “5G” avadanlığının istehsalı başlayır

2016-09-02 14:31:00

“Ericsson” şirkəti beşinci nəsil (“5G”) mobil şəbəkəsinin işə salınması məqsədi ilə artıq gələn il aparat həllərinin tədarükünə başlamağı planlaşdırır.

“Ericsson Mobility Report” hesabatına əsasən, 2021-ci ilədək dünya əhalisinin 90 %-i “WCDMA/HSPA” texnologiyaları əsasında tikilmiş mobil genişzolaqlı şəbəkə ilə əhatə olunacaq. Hazırda dünya əhalisinin 50%-dən çoxu internetə çıxışa malik deyil və bu problem inkişaf etməkdə olan ölkələrdə daha açıq-aşkar hiss olunur.

Proqnozlara görə, “5G” şəbəkəsinin kommersiya istifadəsinə 2020-ci ildə başlanılacaq və məlumatların ötürülməsi üzrə maksimum sürət 20 Qbit/s müəyyən edilib. Qiymətləndirmələrə görə, 2021-ci ilin sonunadək “5G” şəbəkəsində 150 milyon qoşulma qeydə alınacaq.

“5G” xidmətlərinin imkanlarını 2018-ci ilin fevralında Cənubi Koreyada keçiriləcək Qış Olimpiya Oyunlarında nümayiş  etdirmək planlaşdırılır.

Mənbə: ICTnews

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275