İKT

Yeni virus istifadəçidən xəbərsiz bank hesabını ələ keçirir – DİQQƏTLİ OLUN
02 SENTYABR
236

Yeni virus istifadəçidən xəbərsiz bank hesabını ələ keçirir – DİQQƏTLİ OLUN

2016-09-02 14:26:00

"Kasperski Laboratoriyası"nın məlumatına görə, yeni aşkar edilmiş virus “Android” mobil əməliyyat sistemi ilə işləyən qurğu sahiblərinin bank hesabını ələ keçirə bilir.

Eyni funksiyanı yerinə yetirən iki troyan tipi aşkar edilib. Birinci tip istifadəçidən xəbərsiz “Google Play” onlayn mağazasından lazımsız, həmçinin pullu mobil proqramları cihaza qurur. İkinci tip virus isə öncə istifadəçinin fərdi məlumatlarını toplayır, bundan sonra həmin məlumatları mobil proqramların cihaza gizli quraşdırılmasında istifadə edir. Bu virus növü öz aktivliyi ilə bağlı izi silə bilir.

Nəticədə qurğu sahibi pulunu itirə bilər. İlk növbədə mobil hesab xərclənəcək, çünki proqramların yüklənməsinə operatorun tarifi üzrə trafik istifadə edilir. Daha sonra kartdan pul xərclənə bilər, çünki virus “Google Play” onlayn mağazasından pullu proqram almaq qabiliyyətinə malikdir.

Analitik Nikita Buçka deyib ki, bu troyanlar, həmçinin başqa daha təhlükəli zərərli proqramları cihaza quraşdıra bilərlər.

Tanımadığınız insanlardan göndərilmiş istinadlara keçid etməmək və şübhəli saytlara daxil olmamaq tövsiyə edilir.

Mənbə: ICTnews

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272