İKT

“Acer” əyilmiş ekranlı noutbukunu təqdim etdi
01 SENTYABR
391

“Acer” əyilmiş ekranlı noutbukunu təqdim etdi

2016-09-01 18:17:00

“Acer” şirkəti oyun həvəskarları üçün yeni “Predator 21 X” cihazını təqdim edib.

Fins.az-ın verdiyi məlumata görə, bu, nəinki oyun noutbukudur, həmçinin onun öz növündə analoqu yoxdur. Yeni noutbukun 21 düym diametrə malik əyilmiş ekranı var. 
 
Noutbuk 64 Gb əməliyyat yaddaşına malik yeddinci nəsil “Intel Core” prosessorunun bazasında çalışır. Onun iki video kartı və iki qidalanma bloku mövcuddur. Həmçinin yeniliyin tərtibatçıları “Predator 21 X” cihazını 5 ventilyator və 8 istilik borusu ilə təchiz ediblər. Noutbukda 4 dinamik, iki sabbufer mövcuddur və bütün klaviatura işıqla bəzədilib.  
 
“Predator 21” bu ilin oktyabr ayında 799 dollar qiyməti ilə satışa çıxarılacaq.

Mənbə: lent.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271