İKT

“Galaxy Note 7”nin satışı dayandırıldı
01 SENTYABR
395

“Galaxy Note 7”nin satışı dayandırıldı

2016-09-01 11:54:00

“Samsung” korporasiyası özünün yeni “Galaxy Note 7” flaqman smartfonlarının tədarükünü təxirə salıb. 

İKT.lent.az-ın “Reuters”ə istinadən verdiyi xəbərə görə, şirkətdən bildiriblər ki, məhsulun keyfiyyəti ilə bağlı əlavə testlərin keçirilməsi səbəbilə smartfonların müştərilərə çatdırılmasını təxirə salmaq qərara alınıb. 

Bu qərara konkret hansı problemlərin səbəb olduğu açıqlanmayıb. Lakin “Reuters” yerli KİV-ə istinadən bildirib ki, Cənubi Koreyada və bəzi başqa bazarlarda satış başladıqdan sonra bəzi smartfonların batareyalarında partlayış baş verib. 

Daha əvvəl şirkətdən bildirilmişdi ki, “Galaxy Note 7”yə olan tələb təklifi ciddi şəkildə üstələyir, bu səbəblə smartfonun satışa çıxarılması ləngiyir. Belə ki, avqustun 29-da “Samsung” çox böyük tələbatla əlaqədar ilkin sifarişlərin qəbulunu dayandırdığını elan edib. Satışlara start verildiyi 2 avqust tarixindən bəri satışlar əvvəlki nəsil “Glaaxy Note 5”in eyni dövrdəki satışlarını üç dəfədən çox üstələyib. Ən populyar rəng qara brilyant rəngli “Note 7”dir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275