İKT

Gələcəyin fləş kartı hazırlanır
01 SENTYABR
313

Gələcəyin fləş kartı hazırlanır

2016-09-01 09:43:00

Novosibirskdə Rusiyanın yarımkeçirici texnologiya üzrə fizikləri tərəfindən gələcəyin fləş kartı hazırlanır.

Yeni icadın digər fləş kartlardan 2-3 dəfə sürətli olacağı bildirilir. Gələcəyin kartı multiqrafenlə tərtib olunacaq ki, bu da bir karbon atomu qalınlığında qrafit qatıdır. Bu material nanotexnologiya üçün çox perspektivli hesab olunur. Burada multiqrafendən elektrik enerjisinin qorunması üçün istifadə ediləcək. Rusiyalı alimlər bu texnologiyanın əsasında gələcəyin fləş kartlarının istehsal olunacağını vurğulayırlar.

Mütəxəssislər hazırda bu istiqamətdə əsaslı araşdırmaların aparıldığını, irimiqyaslı istehsalı haqqında danışmağın isə hələ tez olduğunu bildiriblər.

Mənbə: Azərtac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275