İKT

Gələcəyin ən çox tələb olunacaq peşələri - “Microsoft” açıqladı
29 AVQUST
736

Gələcəyin ən çox tələb olunacaq peşələri - “Microsoft” açıqladı

2016-08-29 18:32:00

“Microsoft” korporasiyası 10 ildən sonra ən çox tələb olunacaq peşələrin siyahısını dərc edib. Elm və kosmosun mənimsənilməsi ilə əlaqədar ixtisasların yer aldığı siyahı ilə korporasiyanın rəsmi saytında tanış olmaq olar.

Fins.az-ın xarici mətbuata istinadən xəbər verir ki, ABŞ korporasiyasının versiyasına görə, ən çox tələb olunan peşələr onluğuna kosmik bələdçi, virtual reallıq dizayneri, mədəniyyət sahəsində rəqəmli şərhçi, robot etikası ilə əlaqədar işlər üzrə hüquqşünas, beyin həcmi üzrə optimallaşdırıcı, enerjidən qənaətli istifadə sahəsində işçi, internet texnikası sahəsində mütəxəssislər, təbii resursların bərpası üzrə mütəxəssis və bədən mühəndisi daxildir.

“Microsoft” analitiklərinin qeyd etdikləri peşələrin əksəriyyəti hazırda mövcud deyil. Lakin korporasiya mütəxəssisləri məktəblilərə tərtib edilən siyahıya çox ciddi yanaşmağı tövsiyə edirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275