İKT

Bu rüb planşet satışları artacaq
26 AVQUST
348

Bu rüb planşet satışları artacaq

2016-08-26 18:55:00

Cari rübdə planşet tədarükünün həcmi 47 milyon ədəd təşkil etməlidir. Bu, əvvəlki rüblə müqayisədə təxminən 16,3 faiz çox, əvvəlki ilin analoji dövrünə nisbətən 10 faiz azdır.
 
Fins.az-ın məlumatına görə, bu barədə “Digitimes Research” analitik şirkətinin mütəxəssisləri bildiriblər.
 
Gözlənilən artım onunla izah olunur ki, tədarükçülər milad alış-verişlərinə hazırlaşmağa başlayırlar, eləcə də bir sıra inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatı yaxşılaşıb.
 
Üçüncü rübdə “iPad”lərin tədarükü təxminən 9,5 milyon ədəd təşkil etməlidir. Mütəxəssislər “iPad Pro” planşetlərinə stabil yüksək tələbatın olmasını displeyin 9,7 düym diaqonalı ilə izah edirlər.
 
Adsız (white-box) məhsul istehsal edən şirkətlərin planşetlərinin tədarükü isə 18,5 milyon ədədə qədər artacaq. Lakin ODM şərtləri ilə işləyən Tayvan şirkətlərinin satışlarının azalacağı proqnozlaşdırılır. Səbəb “Apple”, “Microsoft” və “Amazon” kimi şirkətlər tərəfindən sifarişlərin azalmasıdır. 

Mənbə: İKT.lent.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275