İKT

Noutbuk bazarının liderləri – AÇIQLANDI
24 AVQUST
397

Noutbuk bazarının liderləri – AÇIQLANDI

2016-08-24 10:44:00

2016-cı ilin noutbuk bazarında dünya liderinin adı bəlli oldu. “TrendForce” şirkətinin analitikləri 2016-cı ilin ilk yarısı üçün noutbuk bazarının yekunlarına dair hesabat dərc ediblər. Fins.az hesabata əsasən xəbər verir ki, “Lenovo” brendi dünya üzrə liderliyini yenidən saxlayıb, “Apple”-nin nəticələri isə 4 dəfə azalıb.

“TrendForce”-un hesabatına əsasən, 2016-ci ilin ilk yarısı üçün dünya üzrə 74.18 milyon noutbuk təchiz olunub. 2015-ci ilə nisbətən “Lenovo”-nun bu ilki nəticələrində 4% geriləmə müşahidə olunur.

Bazarın lideri

Eyni zamanda analitiklər istehsal göstəricilərinə görə, noutbuk bazarındakı şirkətlərin reytinq cədvəlini də hazırlayıblar. Burada da lider Çinin “Lenovo” şirkətidir. Şirkət 16.15 milyon noutbuk istehsal edərək, bazarın 21.8% payını tutub. İl ərzində şirkət noutbuklarının satışını 4.1% artırıb.

“Apple”ın nəticələri zəifləyir

Reytinqin ikinci pilləsində 21,3% pay və 15.8 milyon noutbuk istehsalı ilə “HP” (Hewlett-Packard) qərarlaşıb. Üçüncü yeri dünya bazarında 15.3% pay göstərici ilə “Dell” şirkəti tutub. Onların ardınca 10.9% nəticəli ilə “Asus” və 7.9% göstərici ilə “Apple” gəlir. Qeyd edirik ki, “Macbook”-lara olan tələbat il ərzində 23.4% azalıb. 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275