İKT

“Facebook” yeniyetmələr üçün bölmə yaradıb
23 AVQUST
257

“Facebook” yeniyetmələr üçün bölmə yaradıb

2016-08-23 16:18:00

“Facebook” sosial şəbəkəsi yeniyetmələr üçün yeni “Lifestage” mobil əlavəsini istifadəyə verib.
 
Bu xidmət şəbəkə istifadəçilərinə öz aralarında kiçik foto və video faylları bölüşməyə imkan verəcək.
 
“Lifestage” əlavəsi “Snapchat” adlanan digər onlayn xidmətin analoqudur. Xüsusi olaraq gənc nəsil üçün istifadəyə verilmiş yeni əlavədə bütün profillər kiçik videoyazılar və avtoportretlər seriyasından ibarətdir. Onların köməyi ilə istifadəçinin maraq sahəsini təsəvvür etmək mümkündür.
 
Ancaq standart mobil əlavələrdən fərli olaraq, yeni əlavədə birbaşa mətn mübadiləsi funksiyası nəzərdə tutulmayıb. 

Hazırda “Lifestage”da yalnız amerikalı məktəblilər qeydiyyatdan keçə bilər. Onların akkauntları “Facebook”a bağlı olmayacaq.

Mənbə: Lent.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272