İKT

“Samsung” təmir olunmuş smartfonların satışına başlayır
22 AVQUST
765

“Samsung” təmir olunmuş smartfonların satışına başlayır

2016-08-22 17:25:00

“Reuters”-in öz mənbəsinə istinadən verdiyi xəbərə görə “Samsung” şirkəti 2017-ci ildən təmir edilmiş (artıq istifadə edilmiş) smartfonların satışına başlayacaq.

Mənbənin məlumatına görə 1 ildən çox müddət istifadə edilməmiş smratfonlar bərpə olunaraq, yenidən satışa çıxarılacaq. Şirkət müştəriləridən illik mübadilə proqramı çərçivəsində köhnə smartfonları geri alaraq, onları daha ucuz qiymətə yenidən satışa çıxarmağı nəzərdə tutub. 

Lakin proqramın hansı ölkələrdə işləyəcəyi və yenidən istifadəyə verilmiş telefonların nə qədər ucuz qiymətə olacağı haqqında dəqiq məlumat yoxdur. Öz növbəsində “Samsung” şirkəti şayələri şərh etmədiyini bildirib.

Smartfonların analoji bərpaetmə proqramı “Apple” şirkəti tərəfindən də tətbiq olunur. Bu zaman 1 il istifadə olunmuş “iPhone”-lar ilkin qiymətinin 69%-i dəyərində satışa çıxarılır. 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272