İKT

Azərbaycanın İT şirkətləri Türkmənistana dəvət aldılar
19 AVQUST
280

Azərbaycanın İT şirkətləri Türkmənistana dəvət aldılar

2016-08-19 15:24:00

Azərbaycanın Kabel Operatorları Assosiasiyası 15-16 sentyabr tarixlərində Türkmənistanın paytaxtı Aşqabad şəhərində keçiriləcək “TURKMENTEL 2016” 10-cu Beynəlxalq Telekommunikasiya, Telemetriya və İnformasiya Texnologiyaları Konfransına dəvət edir.

Assosiasiyadan Trend-ə verilən məlumata görə, TURKMENTEL 2016 konfransı çərçivəsində aşağıda sadalanan məsələlərin həlli məqsədilə Türkmənistanın müasir avadanlığa, informasiya və kommunikasiya texnologiyalarına olan tələbatı müzakirə olunacaq:

Elektron ödənişlər,
Informasiya təhlükəsizliyi,
İP TV
E-Hökumət,
E-Sənəd dövriyyəsi.

TURKMENTEL 2016 konfransında iştirakın üstünlükləri:

Türkmənistanda həyata keçirilən yeni layihələr, Türkmənistan bazarının avadanlıq və texnologiyalara olan tələbatı və s. bu kimi məsələlər haqqında məlumatı bilavasitə ölkə rəhbərliyindən və bazarın liderlərindən almaq imkanı, Türkmənistan Nazirlər Kabineti rəhbərliyinin və ölkənin telekommunikasiya şirkətlərinin nümayəndələri ilə görüşlərdə iştirak etmək üçün nadir imkan; konfrans iştirakçılarına pulsuz viza dəstəyi.

TURKMENTEL 2016 konfransına rəsmi dəstək göstərənlər:

Türkmənistanın Rabitə Nazirliyi,
Türkmənistanın milli mobil operatoru “Altın Asır”,
Türkmənistanın milli telekommunikasiya şirkəti TurkmenTelecom,
Türkmənistanın Elm və Texnologiyalar üzrə Dövlət Agentliyi,
Türkmənistan Prezidenti yanında Milli Kosmik Agentliyi,
Regional Rabitə Birliyi və s.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272