İKT

Türkiyədə milli smartfon istehsal ediləcək - “KAAN N1”
18 AVQUST
223

Türkiyədə milli smartfon istehsal ediləcək - “KAAN N1”

2016-08-18 11:59:00

Türkiyənin yerli mobil telefon markalarına daha biri əlavə olundu. Fins.az xəbər verir ki,  “Başarı Ticaret ve İletişim” şirkəti “KAAN N1” (Xan) adıyla ilk mobil telefonunu bazara təqdim edib. Telefon "Turkcell" kanalından da istifadə edəcək. 

“Başarı Ticaret ve İletişim”in baş direktoru Kayhan Biberin dediyinə görə, bu dəfə mobil telefona milli ad vermək fikrinə gəliblər.  “Telefonu hal-hazırda Çində istehsal edirik, ancaq qısa müddətdən sonra Türkiyədə buraxmağı planlaşdırırıq. Bu sahədə bir Türk markasının olmasını istədik. Onsuz da “Kaan” brendi bizə yaxındı”.

Qeyd edək ki,  şirkətin “Kaan Air” adlı bir vertolyot şirkəti də var.

K.Biber Türkiyədə yerli mobil telefon markalarının bazarda payının artması üçün  çalışdıqlarını bildirib: “İndi şirkətimiz yerli mobil telefonlar bazarın 15%-ni idarə edir. Bu göstəricini 30%-ə qaldırmaq lazımdır”.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272