İKT

“Apple” ucuz “iPad” buraxacaq
16 AVQUST
169

“Apple” ucuz “iPad” buraxacaq

2016-08-16 15:03:00

“Apple” korporasiyası 2017-ci ildə üç versiyada “iPad” buraxmağa hazırlaşır.

Fins.az-ın Lent.az-a istinadən verdiyi xəbərə görə, bunlar 12,9 düym displeyə malik “iPad Pro 2”, 10,5 ölçülü “iPad Pro” və 9,7 düymlük “loukost” (aşağı büdcəli istifadəçilər üçün) “iPad”dir.

Son variantın qiyməti aşağı olacaq və elə də böyük tələbat olmayan “iPad mini”ni əvəz edəcək. 2018-ci ilin isə “iPad”lar üçün inqilabi il olacağı gözlənilir. Belə ki, “Apple” planşetlərin dizaynında radikal dəyişikliyə hazırlıq görür. Cihazların AMOLED-displeylərlə təchiz olunacağı da nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275