İKT

"Apple"ın direktoru iki böyük səhvindən danışdı
16 AVQUST
308

"Apple"ın direktoru iki böyük səhvindən danışdı

2016-08-16 15:01:00

Tim Kuk (Tim Cook) “Apple”a rəhbərlik etdiyi dövrdə yol verdiyi iki ciddi səhvi açıqlayıb.

Fins.az-ın Lent.az-a istinadən xəbərinə görə, T. Kuk “The Washington Post”a müsahibəsində bildirib ki, korporasiya “Apple Maps” əlavəsini buraxmamalı və pərakəndə satış biznesini inkişaf etdirmək üçün top-menecer vəzifəsinə Con Brouveti (John Browett) dəvət etməməli idi.

T. Kuk deyib ki, kartoqrafik xidmət ciddi tənqidlərə məruz qalıb və o, məhsulun aşağı keyfiyyətinə görə şəxsən üzr istəməli olub: “Xəritələr yanlış idi. Lakin biz, hər halda, etiraf etməyə özümüzdə güc tapdıq ki, bu, heç də yaxşı variant deyildi. Bu, vacibdir və şirkətin öz səhvlərindən nəticə çıxarması üçün yeganə yoldur”. 

C. Brouvetin şirkətə gəlişinə toxunan T. Kuk qeyd edib ki, o, şirkətin ideoloji mühitinə uyğun kadr olmayıb: “Biz onunla xeyli danışıq apardıq və onu işə götürmək haqda qərar qəbul etdik. Bu qərar özünü doğrultmadı”. 

T. Kukun müsahibəsi onun “Apple”ın baş direktoru vəzifəsinə təyin olunmasının 5-ci ildönümü ilə əlaqədar olub. Şirkət rəhbəri smartfon satışlarının azalmasından və qeyri-ənənəvi seksual orientasiyasını etiraf etmək qərarından da danışıb. T. Kuk LGBT gənclərinin onu rol model kimi qəbul etməsini öyrəndikdən sonra bu qərara gəldiyini vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272