İKT

“Android”in əvəzedicisi gəlir
15 AVQUST
318

“Android”in əvəzedicisi gəlir

2016-08-15 15:39:00

“Google” yaxın gələcəkdə “Android” və “Chrome OS” əməliyyat sistemlərini əvəz edəcəyi gözlənilən “Fuchsia” əməliyyat sisteminin işlənib hazırlanmasına başlayıb. 

Fins.az-ın Lent.az-a  istinadən verdiyi xəbərə görə, yeni əməliyyat sistemi “Magenta” bazasında çalışacaq. 

“Android” və “Chrome OS” isə “Linux” əsasında işləyir. Yeni OC 32 və 64 meqabitlik prosessorlar, ARM və “x86” təməlində çalışan cihazları dəstəkləyir. Yeni əməliyyat sisteminə dair informasiya “Google” mühəndisləri tərəfindən proqram tərtibatçıları üçün nəzərdə tutulan populyar “GitHub” saytında yerləşdrilib. “OC Fuchsia”nın yaradıcılarından biri Brayan Svetland sistemin kənar proqram tərtibatçıları üçün tam açıq olacağını söyləyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272