İKT

“Microsoft” canlı oyunlar platformasını satın aldı
15 AVQUST
112

“Microsoft” canlı oyunlar platformasını satın aldı

2016-08-15 12:45:00

“Microsoft” korporasiyası “Beam” interaktiv xidmətini satın aldığını açıqlayıb. 

Fins.az-ın lent.az-a istinadən xəbərinə görə, bu il istifadəyə verilmiş “Beam” istifadəçilərə online oyunların passiv müşahidəsi və çatda müzakirəsi əvəzinə, onların aktiv iştirakçısına çevrilmək və real rejimdə oyunun nəticəsinə təsir göstərmək imkanı yaradır. 

“Beam”in yaradıcısı və baş direktoru Mett Salsamendi bildirib ki, xidmətin hazırkı istifadəçiləri üçün heç nə dəyişməyəcək, lakin “Microsoft”un himayəçiliyi xidməti daha tez inkişaf etdirməyə, istifadəçilərə yeni interaktiv ssenarilər təqdim etməyə imkan verəcək. 

“Microsoft” isə xidməti müxtəlif platformalarla inkişaf etdirəcəyini açıqlayıb. Sövdələşmə “Beam”in miqyasını böyütməyə, infrastrukturunu möhkəmləndirməyə və çoxlu sayda istifadəçi cəlb etməyə şərait yaradacaq. M. Salsamendi auditoriyalarının 100 mindən çox olduğunu bildirib. Hələlik sövdələşmənin maliyyə tərəfləri açıqlanmayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270