İKT

Türklər özgəsinə tabe olmayan smartfon icad etdilər
15 AVQUST
233

Türklər özgəsinə tabe olmayan smartfon icad etdilər

2016-08-15 10:51:00

Türkiyədə elektronika qurğularının təmiri ilə məşğul olan məntəqənin sahibi smartfonun ekranında informasiyanın kənar şəxslərdən mühafizəsi sistemini ixtira edib. Sistem mobil proqram və çiplə təchiz edilmiş eynəkdən ibarətdir.

Fins.az “ICTnews”-a istinadən xəbər verir ki, elektronika qurğularının təmiri ilə məşğul olan türk şirkətinin sahibi Celal Göger tərəfindən yaradılmış sistem smartfonun ekranındakı informasiyanı yalnız cihazın sahibi üçün əlçatan edir.

Göger bildirib ki, belə sistemin hazırlanmasına altı ay vaxt sərf edib.

Sistem mobil proqram və çiplə təchiz edilmiş eynəkdən ibarətdir. Çip simsiz rabitə vasitəsilə smartfona qoşulur, bundan sonra xüsusi çiplə təchiz edilmiş eynəyi taxmış şəxs mobil qurğunun ekranındakı təsviri görə bilir. Bununla belə, informasiya həmin şəxsin yanında olan şəxslər üçün əlçatmazdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271