İKT

Özəl şirkətlər mobil rabitədən daha çox istifadə edirlər
12 AVQUST
249

Özəl şirkətlər mobil rabitədən daha çox istifadə edirlər

2016-08-12 18:27:00

Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycanda informasiya və rabitə müəssisələri 955,7 mln. manatlıq xidmət göstərib. 

Dövlət Statistika Komitəsindən Fins.az-a verilən məlumata görə, onun da 72,1%-i əhali tərəfindən istehlak olunub. 

2015-ci ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərinin dəyəri real ifadədə 12,5% artıb, bu sahədə əldə edilmiş gəlirin 81,9%-i qeyri-dövlət sektorunun payına düşüb. 

Xidmətlərdən əldə edilən gəlirin 48,9%-i və ya 467,2 mln. manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272