İKT

Haker hücumuna dayanıqsız bir milyarddan çox monitor var
12 AVQUST
190

Haker hücumuna dayanıqsız bir milyarddan çox monitor var

2016-08-12 09:18:00

Bir milyarddan çox monitor haker hücumuna qarşı dayanıqsızdır.

Fins.az xəbər verir ki, hakerlər kompyuterin monitoruna müdaxilə edə və qurbanı izləyə bilər. Məlum olduğu kimi, kompyuter, smartfon və planşetlər kiberhücumlara məruz qalır. Bununla belə, monitorların hakerlər qarşısında dayanıqlığı özünü doğrultmayıb.

Monitorun əsas vəzifəsi məlumatları qəbul edərək onları piksellərə çevirməkdir. Bununla belə, qurğu bu əməliyyatları yerinə yetirmək üçün öz daxili miniatür kompyuterindən istifadə edir və məhz ona müdaxilə etmək olar.

“DEF CON” haker konfransında “Red Balloon Security”dən informasiya təhlükəsizliyi üzrə ekspertlər hakerlərin ekranda göstərilən təsviri dəyişdirməsini, monitorda əks etdirilən məlumatları ələ keçirməsini və istifadəçiləri izləməsini nümayiş etdiriblər.

Ekspertlər hesab edirlər ki, 1 milyard monitor bu haker hücumuna qarşı dayanıqsızdır. Çünki bütün tanınmış istehsalçılar öz məhsullarında hücuma dayanıqsız prosessorlardan istifadə edirlər.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272