İKT

Dünyanın 100 ən zəngin İT milyarderləri bəlli olub
11 AVQUST
390

Dünyanın 100 ən zəngin İT milyarderləri bəlli olub

2016-08-11 15:09:00

ABŞ-ın “Forbes” jurnalı İT sahəsində planetin 100 ən zəngin insanının reytinqini dərc edib.

Reytinqə əsasən, 10 ən zəngin milyarder varidatını ötən illə müqayisədə 64.9 milyard dollar artırıb.

Fins.az “ICTnews” -a istinadən xəbər verir ki, 78 milyard dollara sahib “Microsoft” şirkətinin həmtəsisçisi Bill Qeyts reytinqdə birinci yerdə qərarlaşıb. “Amazon.com” internet şirkətinin direktoru və “Blue Origin”in təsisçisi Ceff Bezos ($66 milyard) ikinci yeri tutub. “Facebook” sosial şəbəkəsinin qurucusu Mark Zukerberq üçüncü pilləni tutub və onun varidatı 54 milyard dollar təşkil edir.

İlk beşlikdə, həmçinin “Oracle” şirkətinin qurucusu Larri Ellison ($51.7 milyard) və “Google” şirkətinin təsisçiləri Larri Peyc ($39 milyard) və Serqey Brin ($38.2 milyard) yer alıblar.

Yüz ən zəngin İT milyarderlərin varidatı 892 milyard dollar təşkil edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274