İKT

Yeni nəsil “iPhone” gəlir - ŞÜŞƏ KORPUSLA
10 AVQUST
776

Yeni nəsil “iPhone” gəlir - ŞÜŞƏ KORPUSLA

2016-08-10 18:30:00

Daha çox "Foxconn" brendi kimi tanınan "Hon Hai Precision Industry" şirkəti "iPhone" smartfonu üçün şüşədən korpus hazırlayır. Bu haqda Yaponiyanın "Nikkei" nəşri yazıb.

Fins.az "ICTnews" Xəbər Xidmətinə istinadən xəbər verir ki,  2017-ci ildə "Apple" şirkəti aparatı şüşə korpusa yerləşdirməklə "iPhone"un dizaynını dəyişdirməyi planlaşdırır. Bu yeniliyə imza atmaq istəyən şirkət istehlakçıların marağını geri qaytarmaq barədə düşünür.

 "Nikkei" nəşrinin mənbəyi dəqiqləşdirib ki, "Foxconn" 2015-ci ildən şüşə korpusların hazırlanması ilə məşğul olur.

Bundan əvvəl mənbələr yazırdılar ki, 2017-ci ildə "Apple" şirkəti metal çərçivə ilə haşiyələnmiş şüşə panellərdən ibarət korpusla təchiz edilmiş "iPhone" smartfonu buraxacaq. Mənbələr, həmçinin deyir ki, qurğu maye kristal ekranla deyil, "OLED" texnologiyasına əsaslanan ekranla təchiz ediləcək. Bütün bu dəyişikliklər nəticəsində qurğunun çəkisi azalacaq və onun enerji effektivliyini yüksəldəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275