İKT

“Apple” “Samsung”la mübarizəsində məşhur brendlərdən dəstək aldı
08 AVQUST
341

“Apple” “Samsung”la mübarizəsində məşhur brendlərdən dəstək aldı

2016-08-08 19:55:00

Apple” korporasiyası əsas rəqibi “Samsung”la patent mübahisəsində məşhur dizaynerlərin dəstəyini alıb.

100-dən çox dizayner müvafiq ekspert rəyinə imza atıb.

ABŞ Ali Məhkəməsinə göndəriləcək ekspert rəyi ümumilikdə 111 peşəkar, o cümlədən “Calvin Klain”, “Paul Smith”, “Alexander Wang” geyim firmalarının dizaynerləri, eləcə də məşhur memar Norman Fister tərəfindən imzalanıb. Bundan başqa, “Louis Vuitton”, “Bentley”, “Microsoft” nümayəndələri də “Apple”a dəstək veriblər.

Mübahisə “iPhone” smartfonlarının zahiri görünüşünün “Samsung” tərəfindən “Galaxy” smartfonlarında istifadə edilməsi barədə “Apple”ın ittihamı ilə əlaqədardır. Bu barədə məhkəmə çəkişməsi 2011-ci ildən bəri davam edir. Əvvəlcə məhkəmə “Apple”ın tələbini haqlı sayaraq, “Samsung”u öz rəqibinə 930 milyon dollar təzminat ödəməyə məhkum edib. Lakin “Samsung” ötən ilin mayında məhkəmə qərarına yenidən baxılmasına nail olub, nəticədə təzminatın məbləği 548 milyona endirilib.

Hazırda “Samsung” bu məbləğin də aşağı salınmasına çalışır. Ekspert rəyində bildirilir ki, istehlakçının nöqteyi-nəzərindən cihazın zahiri görünüşü onun özəllikləri, funksiyaları haqda təsəvvür yaradır və “Apple” smartfonlarının dizayn elementlərinin başqası tərəfindən istifadəsi şirkətin gəlirlərinə zərbə vura bilər. Bu səbəblə şirkətə təzminat ödənməlidir.

Mənbə6 Lent.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271