İKT

Displeydəki təsvirə toxuna biləcəksiniz
04 AVQUST
190

Displeydəki təsvirə toxuna biləcəksiniz

2016-08-04 15:42:00

Massaçusets Texnologiya İnstitutunun alimləri tərəfindən yaradılmış texnologiya heç bir əlavə qurğu istifadə etmədən çəkilmiş videodakı obyektləri hərəkətini dəyişdirməyə imkan verir.

Fins.az “ICTnews”-a istinadən xəbər verir ki, yeni texnologiya vibrasiya olunan obyektlərin hərəkətinin ələ keçirilməsinə əsaslanır. Sözügedən texnologiya Massaçusets Texnologiya İnstitutunun kompüter texnologiyaları və süni intellekt sahəsində işləmələr üzrə məsul bölməsi olan “CSAIL”in (“Computer Science and Artificial Intelligence Laboratory”) alimləri tərəfindən hazırlanıb.

İnstitutun ixtirası çəkiliş zamanı obyektdən keçən vibrasiyanın təhlilinə əsaslanır. Çəkiliş üçün istənilən videokameradan istifadə mümkündür. Videofraqmentin təhlilinə bir neçə saniyə vaxt sərf olunur, bundan sonra çəkilmiş material əsasında yaradılmış interaktiv obyektləri bütün fiziki xüsusiyyətlərini saxlamaq şərti ilə dəyişdirmək mümkündür. Belə ki, kadrda hər hansı bir şəxsin əlini 2 metr uzatmaq mümkün olmasa da, amma yuxarı qaldırmaq, əymək və ya həmin şəxsi kadrdan asanlıqla silmək olar.

Yeniliyin yaradıcıları bu texnologiyanın film və video oyunlarda xüsusi effektlərin hazırlanmasında tətbiqini proqnozlaşdırırlar. Massaçusets Texnologiya İnstitutunun alimləri, həmçinin sözügedən texnologiyanın virtual və artırılmış reallıqla birgə istifadə potensialını qeyd ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272