İKT

«Instagram»dan yeni xidmət – VİDEO MÜHARİBƏSİ BAŞLAYIR
04 AVQUST
292

«Instagram»dan yeni xidmət – VİDEO MÜHARİBƏSİ BAŞLAYIR

2016-08-04 11:49:00

Məşhur «Instagram» şəbəkəsi «Instagram Stories» adı altında yeni xidmət istifadəyə verib. Bu xidmət istifadəçilərə internetdə üzərini yazı və şəkillərlə, emikonlar və mətnlə bəzəyə biləcəkləri qısa videoyazılar paylaşmağa imkan yaradır. Amma «Instagram Stories»in gətirliyi ən mühüm yenilik foto və videoların 24 saat sonra avtomatik silinməsi imkanıdır.

Qeyd edək ki, indiyədək yalnız «Snapchat» sosial şəbəkəsinə məxsus olan bu funksiya sosial şəbəkə istifadəçiləri arasında böyük populyarlığa malikdir. Belə ki, fotoların üzərindəki mətn oxunduqdan sonra onlar dərhal silinir, paylaşmalar isə - bir sutka sonra silinir. İndiyədək məhz bu funksiyanın sayəsində «Facebook» şəbəkəsi «Snapchat»ı üstələyə bilmirdi. Məhz bu şəbəkəni üstələmək üçün «Facebook» 2012-ci ildə «Instagram» sosial şəbəkəsini 1 milyard dollara alıb. İndi isə bu yenilik «Facebook»la «Snapchat» arasında illərdir davam edən müharibənin son yaylımı oldu.

Qeyd edək ki, 3 il əvvəl «Snapchat» «Facebook»un 3 milyard dollarlıq təklifini rədd etmişdi. Bu yaxınlarda «Snapchat» populyarlığına görə «Twitter»i də keçdi. Onun bazar dəyəri 18 milyard dollar olaraq qiymətləndirilir. «Instagram Stories» xidmətindən dünyanın əksər ölkələrində, o cümlədən Azərbaycanda da istifadə etmək mümkündür.

«Bu, bizim videoçat prioritetlərinə doğru növbəti addımımızdır. İnsanlar getdikcə daha çox videomateriallar hazırlayır və bu tətbiq onların işini asanlaşdıracaq» – deyə «Facebook» şəbəkəsinin təsisçisi Mark Zukerberq öz hesabında yazıb. Qeyd edək ki, «Instagram» şəbəkəsi «Facebook» şirkətinə məxsusdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272