İKT

Yeni “Galaxy Note 7” smartfonunu təqdim olundu
03 AVQUST
353

Yeni “Galaxy Note 7” smartfonunu təqdim olundu

2016-08-03 11:51:00

“Samsung” şirkəti yeni “Galaxy Note 7” smartfonunu təqdim edib.Yeni fablet 4 rəngdə (qara, gümüşü, qızılı və mavi) əlçatandır. Qurğu 64 QB daxili yaddaşa malikdir. Əlavə kart vasitəsilə daxili yaddaşı 256 QB-a kimi artırmaq mümkündür.

Fins.az “ICTnews”-a istinadən xəbər verir ki, yeni “Galaxy Note” hər iki tərəfdən bükük 5.7 düymlük “Quad HD Super AMOLED” displeyi və “Galaxy S7”də olduğu kimi analoji kameraya malikdir. 3500 milliamper/saat tutumunda olan akkumulyator simsiz enerjidoldurma texnologiyasını dəstəkləyir.
Qurğu gözün qüzehi qişasının skan edilməsi texnologiyası, həmçinin təhlükəsizliyin təmini üçün barmaq izi skaneri ilə təchiz edilib.

Model ucluğu 0.7 mm olan “S Pen” təkmilləşdirilmiş elektron lələyi ilə təchiz edilib. Bundan başqa, “Galaxy Note 7” smartfonu toz və sudan qoruma texnologiyasına malikdir və bunun sayəsində 30 dəqiqə suyun altında qala bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275