İKT

"Samsung" "Apple"ı qabaqladı
03 AVQUST
330

"Samsung" "Apple"ı qabaqladı

2016-08-03 10:58:00

"Samsung" şirkəti smartfon satışları üzrə Şimalı Amerikada "Apple" şirkətini geride qoyaraq birinci yeri əldə edib. Fins.az "Strategy Analytics"-ə istinadən xəbər verir ki, ikinci rübün nəticələrinə əsasən, "Samsung" Şimali Amerikanın smartfon bazarının 32,7%-ni öz nəzarətində saxlayıb. Beləliklə, o birinci rübdə bazarın 32,6%-nə nəzarət edən "Apple" şirkətini qabaqlayıb.

Hazırda "Apple"-da yalnız 24,5% qalıb. Samsung axırıncı iki ildə ilk dəfə olaraq birinci yeri tutub.

Üçüncü yerdə LG qərarlaşıb - 16,3%. Ondan sonra Çin brendleri yer alıb - ZTE, TCL və Alcatel.

"Strategy Analytics"in məlumatına görə, "Samsung" liderliyi "Apple"-ın satışlarının azalmasına görə əldə edə bilib. Bundan başqa "Huawei" və "Oppo" da həmin göstəriciyə yaxınlaşır. "Oppo"nun artımı 2016-cı ilin birinci yarısında 136% təşkil edib.

Ən çox satılan smartfonlar siyahısında "Samsung"un üç modeli yer alıb: Galaxy S7 Edge, Galaxy J2, Galaxy S7.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272