İKT

Apple revolverli smayliki ləvğ edir
02 AVQUST
297

Apple revolverli smayliki ləvğ edir

2016-08-02 10:28:00

"Apple" şirkəti yeni iOS 10 sistemində qara revolverli smayliki yeni smaylikle əvəzləyəcək. Yeni görkəmdə qara odlu silah yaşıl rəngdə su tapancasına transormasiya edilib. Fins.az-ın məlumatına görə, bu haqda "Guardian" qəzeti öz mənbələrinə istinadən xəbər verir. Deyilənə görə, əvəzləmə ABŞ-da iki afroamerikalının və ondan sonra polis işçilərinin öldürülməsi ilə bağlıdır.

Qeyd edək ki, avqustun 1-də şirkət yüzlərlə yeni emodzi və yenilənmiş smayliklər təqdim edib. Onlar yeni iOS 10 əməliyyat sistemi ilə payız aylarında istifadəcilər üçün açıq olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272