İKT

Üzərək informasiya qəbul edə biləcəksiniz
29 İYUL
101

Üzərək informasiya qəbul edə biləcəksiniz

2016-07-29 11:00:00

Mütəxəssislər üzgüçülər üçün üzmə zamanı vacib informasiya əldə etməyə kömək edən yeni qurğu təqdim ediblər.

Fins.az “ICTnews”-a istinadən xəbər verir ki, peşəkar üzgüçülər tez-tez suda hərəkətin sürətini, yarışlarda dövrənin nömrəsini və ya açıq dənizdə uzun üzmələr zamanı koordinatları öyrənməyə imkan verən müxtəlif qurğulardan istifadə etmək məcburiyyətində qalırlar. Lakin bütün oxşar qurğular üzgüçülərdən tam dayanmanı tələb edir. Çinin “Platysens” şirkətinin istehsalı olan yeni qurğu bu baxımdan ən rahat alət ola bilər.

Bildirilir ki, sukeçirməz “Marlin” qulaqcığa bənzəyən qurğu olsa da, qulağa yox, üzgüçülük üçün papaqlara taxılır. Qurğudan hovuza istifadə zamanı hərəkət ötürücüləri sürəti, dövrə vaxtını və üzmənin ümumi vaxtını izləyir. Bu informasiyanın hamısı istifadəçiyə səsi onun sümükləri vasitəsilə ötürən qulaqcıqla xüsusi sintezləşdirilmiş səslə çatdırılır.

Açıq göldə üzmə zamanı qurğu üzgüçünün hərəkətini izləmək və  trayektoriyasını əlaqələndirmək üçün əvvəlcədən smartfon üçün xüsusi əlavə vasitəsilə yüklənən “GPS” koordinatlarından istifadə edir.

Bundan başqa, “Marlin” qurğusunun sistemi istifadəçi ilə təlim məşğələləri keçirərək əl-qolun açılması üçün hərəkətlərin və məşqlərin müxtəlif variantları barədə məlumat verə və təkrarlanan hərəkətlərin sayını hesablaya bilir. Lakin qurğunun akkumulyatorunun enerjisi hovuzda 10 saatlıq fasiləsiz məşq və ya “GPS” izləmə funksiyası ilə 5 saatlıq iş üçün nəzərdə tutulub.

Hazırda “Marlin” layihəsi üçün “Kickstarter” saytında vəsait toplanır. İlkin sifariş üçün qiyməti 80 dollar təşkil edən qurğunun pərakəndə satış qiyməti 150 dollar olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275