İKT

"Android"dən oğurlanan informasiyalar Azərbaycandakı serverə yüklənir
29 İYUL
311

"Android"dən oğurlanan informasiyalar Azərbaycandakı serverə yüklənir

2016-07-29 09:44:00

"Android" əməliyyat sistemi üçün nəzərdə tutulmuş tətbiqlərdən (application) biri qurğulardan (gadget) foto və videoları oğurlayır. Fins.az APA-ya istinadən xəbər verir ki, oğurluq faktlarını "Symantec" şirkətinin mütəxəssisləri aşkarlayıb. 

Oğurluğu aşkarladıqdan sonra mütəxəssislər dərhal bu barədə "Google" şirkətini xəbərdar edib. Bunun ardınca "Google" tətbiqi internet mağazadan silib. İlkin məlumata görə, tətbiq təxminən 60 min dəfə yüklənib. Yükləndikdən sonra o qurğu sahibinin şəxsi məlumatlarına çıxış imkanı əldə edib. 

"Symantec"in mütəxəssisləri iddia edir ki, oğurlanan informasiyalar avtomatik olaraq www.proqnoz.info saytının serverinə yüklənir. Mütəxəssislər bildirir ki, bu saytın serveri Azərbaycanda yerləşir.

Maraqlıdır ki, tətbiqin adı açıqlanmır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271