İKT

Virtual reallığı hiss edəcəksiz
27 İYUL
133

Virtual reallığı hiss edəcəksiz

2016-07-27 11:03:00

Kvins Universitetinin tədqiqatçıları sənaye robotunu virtual reallıq obyektləri ilə fiziki kontaktın imitasiyası üçün istifadəyə uyğunlaşdırıblar.

Fins.az "ICTnews"-a istinadən xəbər verir ki,  aparat platforması qismində mütəxəssislər "Baxter" robotundan və "HTC Vive" virtual reallıq eynəyindən istifadə ediblər. Sistem kontrollerlərin virtual reallıqda yerdəyişməsini izləyir və lazımi obyektə yaxınlaşan zaman robot kontroller qarşısında kontakt yerini qoyur. Beləliklə, istifadəçi virtual reallıq obyekti ilə fiziki əlaqəni hiss etməyə başlayır.
 
Nümayiş edilən videoda istifadəçi xüsusi virtual reallıq mühitində taxta yeşikləri bir neçə dəfə yerindən tərpədir. Bununla yanaşı, bəzi funksiyaları dəyişdirmək olar. Məsələn, istifadəçi virtual obyektlərin kütləsini dəyişdikdən sonra robot yeni sazlamalara uyğun daha ağır yeşiyi imitasiya etməyə başlayır.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275