İKT

İnternetin sürətini "Google"da ölçəcəyik
26 İYUL
260

İnternetin sürətini "Google"da ölçəcəyik

2016-07-26 15:36:00

Ötən ay internet aləmində ABŞ-ın “Google” korporasiyasının internetə qoşulma sürətini yoxlayan yeni bir servis istifadəyə verəcəyi barədə şayiələr yayılmışdı. Bu layihəni həyata keçirmək üçün şirkətə əlavə maliyyə vəsaiti tələb olunurdu.

Fins.az "Azərtac"-a istinadən xəbər verir ki, yaxın gələcəkdə istifadəçi özünün internetə qoşulma sürətini brauzerin ünvan bölməsində yoxlaya biləcək. Doğrudur, bu servisi inqilabi adlandırmaq olmaz, çünki artıq müxtəlif şəkillərdə həyata keçirilib. Onun yeni variantı isə adi istifadəçinin işini asanlaşdıracaq.

Bənzər layihənin mobil qacetlər üçün də həyata keçirilib-keçirilməyəcəyi hələlik məlum deyil. Üstəlik, yeni xidmət hələlik yalnız ABŞ ərazisində işləkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272