İKT

Facebook və Pokemonlar vaxtımızı - NECƏ ÖLDÜRÜR
26 İYUL
292

Facebook və Pokemonlar vaxtımızı - NECƏ ÖLDÜRÜR

2016-07-26 14:47:00

Bəşəriyyət tarixində ilk dəfə “Google” axtarış sistemində “porno” sözü birinciliyini itirdi. “Pokemon GO” sözü iyul üçün axtarış lideri və genişlənmiş reallıqda pokemon ovu isə “Facebook”-u geridə qoyaraq əsas vaxtöldürücüsü oldu. 

Pokemon GO “kabusu”

Rusiyada “Pokemon GO” oyunun təqdimatı iyulun 20-nə nəzərdə tutulmuşdu, lakin sonra təxirə salındı. Qısa vaxt ərzində bu oyun o qədər məhşurlaşdı ki, mövcud serverlər yükləməyə tab gətirmədilər. ABŞ-da bu tətbiqetmə (oyun proqramı) iyulun 6-da təqdim olundu və bir neçə gündən sonra oyun dünya üzrə məhşurlaşdı. Artıq iyulun 13-də təkcə ABŞ-da 26 milyon insan gündəlik olaraq bu oyundan istifadə edirdi.

“Survey Monkey”-in yazdığına görə təkcə ABŞ üzrə bu oyunu gün ərzində 4-5 milyon dəfə yükləyirlər. Mobil oyunlar sahəsinin analitiklərinin sözlərinə əsasən belə templə artıq sentyabr üçün bu oyun hər bir smartfonda olacaq. “AppInstitute” izləmə-serverinin saytında “Pokemoniya”nın şahidi olmaq olar. Oyun dünya üzrə böyük sürətlə yayılır. Təqribən 5 dəqiqə ərzində 24 min yükləmə. Lider göstərici ABŞ-a məxsusdur. Ondan sonra Böyük Britaniya. Avstraliya, Yeni Zelandiya və digər ölkələr gəlir. Sıralamada olan ölkələrin bəzilərində istifadəçilər bu oyunu yükləmək üçün öz smartfonları ilə riskli manipulyasiyalar etməkdən belə  çəkinməyiblər. Rusiyanın mobil operatoru olan “МТС”-in məlumatı əsasən iyulun 21-də Moskvada 180 min nəfər artıq pokemon tuturdu. 

Kabinetdə gizlənən “naməlum canlı”

“Pokemon GO” oyunu çox sadədir: yerindən asılı olmayaraq pokemonları tapıb, tutmaq lazımdır. (Onlar isə sözün əsl mənasında hər bir yerdə ola bilərlər. Oyunun təbiqatçıları onlayn xəritələrdən istifadə edərək, pokemonları real ərazi landşaftında yerləşdirirlər). Bundan əlavə oyunda pokemonları yetişdirmək, digər komanda oyunçularından tutmaq mümkündür. Ekspertlərin proqnozlarına görə yaxın zamanda pokemonu digər oyuçuya satmaq da mümkün olacaq.  Oyun insanları fantastik heyvanları tutmaq üçün parklara, hökumət rəhbərlərinin kabinetlərinə, kilsə, sinaqoq, ofis, türmə, hərbi bazalar, muzey və qəbirsanlıqlara göndərir. Artıq ABŞ pokemon ovçularından bəzirə yol qəzalarına düşüb, yol qəzalarına səbəb olublar. Sığorta şirkətləri isə mövcud vəziyyəti dəyərləndirərək, pokemon ovçuları üçün xüsusi sığorta növü təklif edirlər. Oyunçular “pokestoplar”da (heykəllər, meydanlar, fontanlar və digər ictimai yerlər) toplaşır, pokemon ovu üçün zəruri olan virtual əşyaları axtarır və ya “lyurlar” vasitəsi ilə olduqları məkanın yaxınlığında gizlənmiş pokemonu cəlb edirlər.

Bir qrup skepktiklər belə hesab edirlər ki, bu oyun sadəcə keçmiş gəncliyin nostaljisidir (İlk dəfə pokemonlar 1996-cı ildə çıxıblar) və bir müddət sonra oyunun məhşurluğu azalacaq, amma deyəsən oyun uzanır. Yenə də “Survey Monkey”-in məlumatı görə “Pokemon GO” oyununu yükləmiş hər 10 nəfərdən 7-si növbəti gün yenidən oyuna qayıdırlar. 

Bu uğurun sirri nədir?

Milli Tədqiqat Universiteti "Ali İqtisadiyyat Məktəbi" Tətbiqi Psixologiya İnstitutunun direktoru Tahir Bazarovun fikrincə oyunun əsas məğzi insanları evdən çıxararaq, onların bir-biri arasında şəbəkələşdirməkdir. Çünki bir qayda olaraq texnolgizasiya bir növ insanların gündəlik həyatını adiləşdirir. Həyatında heç bir yenilik olmayanda insan davamlı şəkildə “eyni gün, eyni şey” yaşayır. “Pokemon GO” oyunu isə bu problemi həll edir. 

Pul yeyən məxluqatlar

Lakin insanlar gündəlik olaraq virtual pokemonları ovlamağa çalışdığı bir vaxt, pokemonlar onların real pullarını və əsas da vaxtlarını ovlayır. Smartfonlar üçün onlayn tətbiqetmələr istiqamətində “Pokemon GO” oyunu artıq 2 rekorda imza atıb: bu öz istifadəçiləri üzrə pul qazan ən uğurlu oyun və ən böyük, yeni nəsil vaxtöldürücüsüdür.

“Pokemon GO”-nun biznes modeli ənənəvi olaraq daxili satış – mikroödənişlər üzərində qurulub. Oyuna pulsuz başlamaq olur, ancaq daha uğurlu ov üçün oyunçuya şarlar (pokemonları saxlamaq üçün yumru qab), tələlər, yumurta və inkubatorlar almaq lazımdır. 

“Pokemon GO” - həm vaxt öldürücülərin qatili, həm də yeni nəsil vaxtöldürücüdür. Pokemon ovu isə əvəzedici terapiyasına bənzəyir – ağır narkotiklərdən bir qədər daha yüngüllərinə keçid.

Oxşar model əvvəldə də yaxşı gəlir gətirib. Misal üçün “Supercell” şirkəti “Clash of Clans” strategiya oyunun buraxaraq, 2015-ci ildə istifadəçiləri üzərində 2 milyard dollar qazandı. “Survey Monkey” yazır ki, “Pokemon GO” kazual oyunlar (sadə, bir qaydalı oyunlar) sahəsində artıq bir oyunçu üzərindən əldə olunmuş gəlir əmsalını 2 dəfə artırıb. Bu isə yeni rekord göstəricisidir. “Sensor Tower” tədqiqat şirkətinin gətirdiyi statistikaya görə təqdimatdan cəmi 5 gün sonra iyulun 11-də təkcə ABŞ üzrə “iPhone” istifadəçiləri pokemonlara gündəlik 1.6 milyon dollar ödəyirdirlər.

Nəticədə bu oyunu ABŞ-ın “Niantic Lab” firması ilə birlikdə buraxan Yaponiyanın “Nintendo” şirkətinin bazar kapitallaşması 87% artaraq, 42.5 milard dollara çatıb.

Oyunun istifadəçilərinin müntəzəm olaraq oyuna girib, ödəniş edəcəkləri ilə bağlı şübhələr ağlabatandır. Ancaq “Pokemon GO”-nun daha bir gəlir mənbəyi var. Oyunu oynayan istifadəçilər özləri haqqında bir çox şəxsi məlumatı aşkar edirlər. “Nintendo” şirkəti müştəriləri üzrə böyük məlumat bazası yaradaraq, daha sonra həmin məlumatları marketoloq və reklam şirkətlərinə sata bilər.

“Yaxşı qurtardım”

“Mənim 3 il sevgilim olmayıb! Əgər kompyuterim xarab olmasaydı mən virtual aləmdən heç çıxmazdım, həyat isə öz axarı ilə məndən yan keçərdi”. Bu sözləri “Woman.ru” saytının forumlarının birində keçmiş oyun aludəçisi danışıb. Bəzi ailələrdə həm ər, həm də arvad onlayn-oyunlara dalır və nəticədə kimisə işdən qovurlar, kimisə boşanır. 

İnsanlar öz vaxtlarını itirməyi xoşlamırlar, lakin çox asanlıqla öz vaxtlarından saat, ay və bəzən hətta illəri belə müxtəlif vaxtöldürücülərinə qurban verir. Belə vaxtöldürücülərinə çoxlu sayda istifadəçiləri olan müxtəlif rollu onlayn-oyunlar, sosial şəbəkələr və ümumiyyətlə mənasız veb-sörfinq aiddir. Bu cürə asılılığa düşən insalar hər şeyi çox gözəl anlayır, ancaq tək başına, öz gücləri hesabına poblemin öhdəsindən gələ bilmirlər. 

Oyunlara nə qədər vaxt gedir?

Son zamanadək “AppStore”-dəki mobil tətbiqetmələrdən əsas vaxtöldürücüsü “Facebook” (23 dəq) idi. Lakin bu gün üçün vəziyyət dəyişib. “Sensor Tower”-un məlumatına görə bu gün iPhone istifadəçiləri “Pokemon GO” oyununa gündəlik olaraq 33 dəqiqə sərf edirlər. Onun ardınca “Snapchat” və “Twitter” servisləri iPhone istifadəçilərinin gündəlik həyatlarından 18.7 və 17.5 dəqiqə oğurlayırlar. 

Digər tərəfdən isə “Pokemon GO”-da öz qardaşları “Games of War” və “Candy Crush Saga” oyunlarından geri qalır. İnsanlar gündəlik olaraq adı çəkilmiş 2 oyuna təqribi 43 dəqiqə vaxtlarını sərf edir.

Bəzi ekspertlər hesab edirlər ki, belə oyunlar internet asılılığın davamı, alkoqolizmə bənzər bir xəstəlikdir. “Mən bununla tamamilə raz deyiləm. “Pokemon GO” oyunu məhz belə internet asılılığının çarəsidir” – Tahir Bazarov deyib. Ekspert onu da qeyd edib ki, oyunçular arasında oyun zamanda baş verən istənilən növ münasibət sünidir. Onun sözlərinə görə “Adi həyatda biz yeni bir insanla münasibət quranda bu prosesə daha yaradıcı yanaşırıq. Oyun daxilində isə bu proses mövcud qaydalara tabedir”.

“Citigroup”-dan Mark Meyin fikrincə isə oyun smartfondan istifadə müddətini artırır. Eyni zamanda “Pokemon GO” “YouTube” və “Twitter” kimi tətbiqlərdən də vaxt oğurlayır. Oyunun təqdimatından sonra istifadəçilər son iki mobil tətbiqetməyə daha az vaxt sərf edirlər.  

“Yeni narkotik”lər beyini dəyişir

Uzunmüddətli prespektiv daha maraqlıdır. Deyəsən “yeni narkotik” növü beyinin quruluşuna təsir edir, onu dəyişir. Avropa yüksək qabiliyyət şurasının təsisçi-prezidenti, professor Coan Firmen hesab edir ki, elektron poçt, sosial şəbəkələr və onlayn oyunlardan istifadə insan beyininin təkcə idrak funksiyalarını deyil, hətta onun fiziki strukturunu da dəyişə bilər.

O, London taksi sürücülərini misal gətirir. Londonda taksi sürücüsü olmaq üçün aidiyyatı lisenziya əldə etmək lazımdır, bunun üçün isə insan 3-4 il davamlı şəkildə sürücülük kursuna gedir, 25 min küçəni yadda saxlamaq üçün şəhər daxilində təlim maşını sürür. Bu insanları 5 il ərzində xüsusi MRT cihazı vasitəsi ilə izləyiblər. Nəticədə məlum oldu ki, intensiv hazırlıq onların beyin quruluşunu dəyişir. Adi insanlara nisbətdə taksi sürücüsü olmaq istəyən insanların uzunmüddətli yaddaş və ərazi üzrə səmti müəyyən etmə qabiliyyətinə cavabdeh olan beyin mərkəzi 7% çoxdur. Lakin vizual yaddaş testlərində taksi sürücüləri adi insanlardan daha aşağı nəticə göstərirlər. Coan Firmen vurğulayır ki, əgər orta yaşlı insan beyini bu cürə dəyişikliklərə məruz qalırsa, o zaman yeniyetmənin beyinində də bu qabiliyyət var və yeniyetmədə baş verəcək hər hansısa bir dəyişiklik ömürlük qalacaq. 

İqtisadi zərərlər

Nadir hallarda narkomanlardan yaxşı işçi olur. Müasir vaxtöldürücüləri artıq məhsuldarlıq əmsalına təsir edirlər. Ən azı xidmət sektorunda bu belədir. ABŞ-ın Federal Ehtiyat Sisteminin keçmiş rəhbəri Alan Qrinspen, hələ 2016-cı ilin martında (pokemonların əsər-əlaməti yox idi) xəbərdarlıq etmişdi ki, ABŞ-ın məhsuldarlıq əmsalı ilə çox dərin və ciddi problemləri var. 

Bunun səbəblərindən biri “Snapchat”, “Facebook”, “Tinder”, “Twitter” və s. platformalarıdır. 2008-ci ildə amerikalılar internetə gündəlik cəmi 2.7 saat vaxt sərf edirdilər. 2015-ci ildə isə bu göstərici 5.6 saata çatdı. 2015-ci ildə mobil tətbiqlər əsas internet-əlaqə vasitəsi kimi çıxış ediblər. Onlayında sərf olunan ümumi vaxtında 51% onların üzərinə düşüb.

“Salary.com”-un araşdırmasına görə internet bu dəqiqə ABŞ-da ən güclü burulğandır. Bu burulğanda faydalı iş əmsalı batır. (Araşdırmanın nəticələrinə görə ABŞ-da gündəlik iş vaxtının 25% qeyri-sahələrə sərf olunur). Bu burulğana təkcə sosial şəbəkələr aid deyil. “Nielsen” müəyyən edib ki, 25% orta yaşlı işçilər iş yerlərində pornoya baxırlar. “Websense” şirkəti hələ 2005-ci ildə hesablamışdır ki, ABŞ üzrə iş yerində internetdən sui istifadə böyük korporasiyalara 178 milyard dollar ziya vurub. Bu gün bu rəqəmin artıdığı heç kəsi təəccübləndirməz. Eyni zamanda “McKinsey” şirkətinin fikrincə yuxulu, yaddaşı korlanmış əməkdaşlar Amerika şirkətlərinə hər il 63 milyard dollar ziya vururlar.  

“Google bizi kütbeyin edir”

Vaxt öldürücülərinin insana gecikmiş təsiri də çox böyükdür. Hələ 2008-ci ildə yazıçı “Nikolas Karr” özünün “Google bizi kütbeyin edir” essesində aydınlaşdırmışdı ki, internet-asılılıq bizim yaddaş, diqqət və təffəkkür qabiliyyətimizə mənfi təsir göstərir. Bu zaman insanın qavrama sürəti aşağı düşür. Əlavə olaraq “əvvəlki informasiyaya qayıtmaq, induktiv analiz, təxəyyül və düşüncə” tərzimiz də korlanır.

Rusiyanın özündə buna oxşar mənzərə var, lakin vaxtöldürücülərinin iş əmsalını təsiri elə də dəqiqliklə araşdırılmayıb. “Market-Job” şirkətinin məlumatına görə şirkət əməkdaşlarının 71% hər gün sosial şəbəkələrə 1-2 saat vaxt sərf edirlər. Müxtəlif messencerlərə 0.8-1.5 saat, onlayn oyunlara isə daha 1 saat sərf olunur.

Bütün bu amillərlə mübarizə aparmağın ən yaxşı yolu insanların (işçilərin) şüurlu davranışlarına səslənməkdir. İş yerlərində onlayn resurslara qadağa qoyulması tam mənasız və effektsiz bir metodur.

Sahibkarlar isə pokemonları hələ vaxtöldürücüsü kimi qiymətləndirmirlər.  Əksinə bu oyun vasitəsilə işçilər daha çox gəzirlər. Bunun faydalı iş əmsalına təsir edib, etmədiyi haqqında hələ dəqiq bir məlumat yoxdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275