İKT

Yahoo satıldı
25 İYUL
244

Yahoo satıldı

2016-07-25 19:30:00

ABŞ-ın telekommunikasiya şirkəti Verizon, internet məzmun təminatçısı Yahoo-nu 4,83 milyard dollara satın alıb.

İki şirkət arasındakı razılaşmaya görə, Yahoo-nun adı dəyişəcək və şirkət ictimaiyyətə açıq bir investisiya şirkəti olacaq.

Verizon, Yahoo-nu AOL ilə birləşdirəcək.

Verizondan edilən açıqlamaya görə, satınalmanın 2017-ci ilin ilk rübdə başa çatdırılması gözlənilir. Müqaviləyə əsasən Yahoo Alibaba, Yahoo Japan səhmləri və patentlər adını dəyişdirəcək Yahoo-da qalmaqda davam edəcək.

Beləliklə, 1994-ci ildə Jerry Yang və David Filo tərəfindən ilə əsası qoyulan Yahoo, yaradılmasından 22 il sonra satılmış oldu.

Yahoo, illər ərzində 5,7 milyard dollarlıq Broadcast.com və 3,6 milyard dollarlıq Geocities kimi satınalmalara da imza atmışdı.

Yahoo, Google-ın rəhbərliyindən transfer etdiyi Marissa Mayer ilə Tumblr və MessageMe kimi gənclərə yönəlmiş satınalmalarla "təzə qan" axtarışına getmişdi.

ABŞ-ın ən böyük kabelsiz telekommunikasiya xidmətləri təchizatçısı Verizon AOL geniş bir xidmət spektrinə malikdir.

Bu satınalma ilə Yahoonun axtarış, məzmun, mobil və reklam departamentlərinin sahibi olan Verizon, bu sayədə rəqəmsal media sahəsində mühüm bir addım atır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275