İKT

Videomaqnitofonların sonuncu istehsalçısı da fəaliyyətini dayandırır
25 İYUL
393

Videomaqnitofonların sonuncu istehsalçısı da fəaliyyətini dayandırır

2016-07-25 09:44:00
Bu həftə VHS formatlı kassetlər üçün videomaqnitofonların sonuncu isterhsalçısı olan Yaponiyanın Funai Electric şirkəti də öz fəaliyyətini dayandırır.  Fins.az bu barədə BBC-yə istinadən xəbər verir. 
Qeyd edək ki, şirkət "Sanyo" markalı videomaqnitafonları 1983-cü ildən buraxır. 2015-ci ildə o, ancaq 750 min belə avadanlığı realizə edə bilib. Halbu ki, 2014-cü ilə qədər il ərzində satışlar 15 milyon ədədi ötürdü. 
1976-cı ildə JVC şiurkəti tərəfindən hazırlanan VHS standartı  2000-ci illər qədər böyük populyarlıq qazanmışdı. Bir çox köhnəlmiş texnologiyalar, məsələn vinil disklər hələ də böyük uğurla istifadə edilir. Ancaq "VHS keyfiyyəti belədir ki, çətin ki, kimsə ona yenidən müraciət etmək istəyə", deyə IHS Technology şirkətinin analitiki Tanya Leffler "BBC"yə müsahibəsində bildirib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270