İKT

Apple təkcə Pokémon Go-dan 3 milyard dollar qazanacaq
21 İYUL
157

Apple təkcə Pokémon Go-dan 3 milyard dollar qazanacaq

2016-07-21 11:43:00

Apple Pokemon Go oyunundan təxminən $ 3 milyard gəlir götürəcək. Oyuna marağın getdikcə daha çox artması fonunda növbəti iki il üçün səslənən bu proqnozun özünü  doğrultması realdır.

Fins.az-ın Reuters-e istinadən verdiyi xəbərə görə, bu hesablamanı Needham & Co broker şirkəti aparıb. Oyun özu yapon şirkəti Nintendo-ya aiddir və smartfonlarda pulsuz yüklənməyinə baxmayaraq, Apple məhz daxili satışlarda gəlir əldə edə biləcək. Hal-hazırda 100 PokeCoins AppStore-da 99 sentdir, 14,500 PokeCoins-a isə $99,99 ödəmək lazımdır. "Biz hesab edirik ki, Apple bu oyundan cidii gəlir əldə edə bilər", - Needham analitiki Laura Martin bildirib. Onun sözlərinə görə, əlavə bonuslara pul xərcləyən insanların sayı, Candy Crush oyunlarına marağı bir neçə dəfə üstələyib. Qeyd edək ki, Candy Crush 2013 və 2014-cü ildə hər il $ 1 milyard qazanmışdı.

Bonuslarla yanaşı, Pokemon Go mobil cihazlar və gadgetlər üçün əlavə şarj (USTROYSTVO) satışlarına da müsbət təsir etdi. Reuters-ın məlumatına görə, Apple oyuna start verəndən bəri səhmləri 5% bahalaşıb və Nintendonun fond indeksləri isə iki dəfə qalxıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272