İKT

Siemens TAP layihəsi üzrə tenderin qalibi oldu
20 İYUL
182

Siemens TAP layihəsi üzrə tenderin qalibi oldu

2016-07-20 18:00:00
Siemens Trans Adriatik Boru Kəməri Konsorsiumu üçün altı 15 meqavat turbo kompressor SGT-400 qatarların təhcizatçısı hüququnu qazandı. 
Siemens şirkətinin rəhbəri İsa Paçekonun sözlərinə görə, Siemens TAP Cənub qaz dəhlizi yolu ilə Avropaya səmərəli qaz ötürülməsində kömək edəcək. 
TAP konsorsiumunun icraçı direktoru Yan Brodşounun dediklərinə görə, Siemens boru kəmərinin ayrılmaz parçası olan yüksək etibarlı qaz-turbin və turbo kompressorlarla təmin edəcək şirkət kimi seçilmişdir.
Qeyd edək ki, Trans Adriatik Boru Kəməri (TAP) Avropa üçün Cənub Qaz Dəhlizini açacaq. Boru kəmərinin montajı 2017-ci ildə gözlənilir və ən geci 2019-cu ildə fəaliyyətə başlaması planlaşdırılır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275