İKT

Operativ yaddaş problemi olmayacaq
20 İYUL
224

Operativ yaddaş problemi olmayacaq

2016-07-20 14:21:00

Seagate” şirkəti “Guardian” istehsal xəttindən 10 terabayt tutumlu yeni sərt disklər təqdim edib. Bura fərdi kompüterlər üçün “Seagate BarraCuda” toplayıcısı, videomüşahidə məlumatlarının saxlanılması üçün “IronWolf” və “SkyHawk” sərt diskləri daxildir.

Fins.az “ICTnews”-a istinadən xəbər verir ki, toplayıcıların hamısı “SATA” interfeysli standart 3,5 düymlü sərt disklərdir. Fərdi kompüterlər üçün 10 terabayt tutumlu “BarraCuda Pro” modelinin (ST10000DM0004 markalı) şpindelinin fırlanma sürəti 7200 dövr/dəq təşkil etməklə yüksək məhsuldarlığa və 5 illik zəmanətə malikdir.
 
10 terabayt tutumlu "IronWolf” diski səhvə davamlılığı ilə seçilir. İstehsalçı nümayəndələrinin sözlərinə görə, “IronWolf” sinfində plastinləri sabitləşdirmək üçün rotasiya vibrasiyası ötürücülərindən istifadə edən ilk toplayıcılardır.
 
Həmçinin “SkyHawk” toplayıcıları rotasiya vibrasiyası ötürücüləri ilə təchiz edilməklə oxuma/yazma səhvlərinin sayını azaldır və 64 yüksək təsvir ölçülü kameraya xidmət göstərir.
 
“IronWolf” və “BarraCuda” toplayıcıları artıq satışa çıxarılıb. Hazırda məhdud sayda sifarişçiyə tədarük edilən "SkyHawk” disklərinin yaxın vaxtlarda satışa çıxarılacağı gözlənilir. “BarraCuda Pro” modelinin qiyməti 535 dollar təşkil edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275