İKT

Azərbaycanda biznesə kibertəhlükələr 2 dəfə artıb
20 İYUL
133

Azərbaycanda biznesə kibertəhlükələr 2 dəfə artıb

2016-07-20 11:32:00

Son 6 ayda Azərbaycanda hər korporativ kompüter orta hesabla 5 zərərverici proqram təminatının hücumuna məruz qalıb. Bu barədə fins.az-a məlumat verən "Kaspersky Lab” şirkəti qeyd edib ki, keçən ilin eyni dövründə bu göstərici iki dəfə az idi.

Şirkətin tədqiqatları göstərib ki, kibercinayətlər nəticəsində dünya üzrə şirkətlərin 48%-i biznes üçün olduqca əhəmiyyətli məlumatları itirib.

Lakin hazırda bizneslər üçün ən böyük təhlükə zərərverici proqram təminatı istifadə olunmadan həyata keçirilə bilən məqsədyönlü hücumlardır. Bu hücumların ənənəvi kiberhücumlardan əsas fərqi onların hər şirkət üçün xüsusi hazırlanması və ənənəvi müdafiə vasitələri üçün maksimal dərəcədə görünməz olmasıdır. Belə hücumlar zamanı cinayətkarların adətən əsas məqsədi şirkətin ən qiymətli və məxfi məlumatları olur.

Ən çox hansı sahələr zərə görür?

Tədqiqatın nəticələrinə əsasən, şirkətlərin 32%-i hesab edir ki, onların İT-infrastrukturuna məqsədyönlü hücum təşkil olunub. Energetika, inşaat, sənaye, telekommunikasiya, nəqliyyat, müdafiə sənayesi kimi mühüm sektorlarda çalışan şirkətlərin 35%-nin hücumlara məruz qalması faktı mütəxəssislərin xüsusi narahatçılığını doğurur.

Bu tipli obyektlərə yönəlmiş hücumlar nəinki şirkətlərin özünə ziyan verir, həmçinin regional və federal infrastrukturun normal fəaliyyətini riskə atır.

“Hər hansı bir kibercinayət biznes üçün neqativ nəticələr gətirir. Bu hal həm reputasiyaya zərər verir, həm də vacib məlumatların itkisi, biznes-proseslərin sıradan çıxması, istehsalın dayandırılmasına səbəb olur. Məqsədyönlü hücumlar nəticəsində isə şirkətlər sənaye kibercasusluğunun qurbanları ola bilərlər".

Beləliklə, ən qiymətli aktivlərini: əqli mülkiyyət, müasir işləmələr və müqavilələr haqda məlumatları itirə bilərlər. Bundan başqa, şəhərin elektrik enerjisi ilə təmin olunmasının sıradan çıxması kimi bəzi hallarda sənaye obyektlərinə məqsədyönlü hücumlar avadanlığın fiziki zədəsinə gətirib yaxud regionun normal fəaliyyətini riskə atırdı.

Biznes üçün mühüm məlumatların itkisini aradan qaldırmaq üçün “Kaspersky Lab” hər şirkətə əməkdaşların iş yerləri və mobil cihazlardan server və məlumat-mərkəzlərinə qədər İT-infrastrukturun bütün düyünlərinin təhlükəsizliyini təmin edəcək kompleks müdafiə həlli istifadə etməyi məsləhət görür. Bununla yanaşı, hazırda şirkətlərə mürəkkəb məqsədyönlü hücumları vaxtında ayırd edəcək ayrıca həll gərəkkdir. Məhz bu səbəbdən “Kaspersky Lab” şirkəti infrastruktura yönəlmiş məqsədyönlü hücumları ilkin mərhələlərdə aşkar etməyə kömək edən və cinayətkarlara müqavimət üçün sürətli şəkildə lazımlı tədbirləri görməyə imkan yaradan “Kaspersky Anti Targeted Attack Platform” platformasını hazırlayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275