İKT

Microsoft-un tarixində ən az gəlir
20 İYUL
106

Microsoft-un tarixində ən az gəlir

2016-07-20 09:30:00

Şirkətin illik maliyyə gəlirlərində 2009-dan bu yana ilk dəfə azalma qeydə alınıb

Texnologiya nəhəngi Microsoft-un, illik maliyyə gəlirinin 2009-ci ildən bu yana ilk dəfə düşdüyü açıqlanıb.

Fins.az "Marja"-ya istinadən xəbər verir ki, Microsoft-dan verilən məlumata görə, bu ilin aprel-iyun dövrünü 2016 maliyyə təqvimində dördüncü rüb olaraq qəbul edən Microsoft-un illik və son rüb gəlirləri azalıb.

Şirkətin cəmi gəliri, bir əvvəlki maliyyə ili ilə müqayisədə 8,8% azalaraq 85,3 milyard dollara düşüb. 2015-ci maliyyə ilində şirkət cəmi 93,6 milyard dollar gəlir açıqlamışdı.

Beləliklə, Microsoft-un 2009-dan bəri illik maliyyə gəlirlərində ilk dəfə azalma qeydə alınıb.

Şirkətin, xalis mənfəəti də 7,7 faiz azalaraq 16,8 milyard dollara geriləyib. Microsoft, keçən il cəmi 18,2 milyard dollar xalis mənfəət əldə etdiyini bildirmişdi.

Bu ilin aprel-iyun dövründə şirkətin gəliri 7,1 faiz azalaraq 20,61 milyard dollar olub. Microsoft, ötən ilin eyni dövründə 22,18 milyard dollar gəlir əldə etmişdi.

Ötən ilin aprel-iyun dövründə 3,2 milyard dollar zərər edən şirkət, bu ilin eyni dövründə 3,12 milyard dollar mənfəət əldə edib.

Açıqlamada fikirlərinə yer verilən Microsoft-un İdarə Heyətinin Satya Nadella, "Arxada qoyduğumuz il rəqəmsal transformasiyanı həyata keçirən müştərilərimiz və bizim üçün vacib idi. Microsoft Cloud (bulud) xidməti əhəmiyyətli müştəri impulsu qazandı" ifadələrini istifadə edib.

Microsoft-un dördüncü rüb və 2016 maliyyə ili daxilolmalarında azalma görülməsinə baxmayaraq, şirkətin səhminin dəyəri, Nyu-york birjasının yekunundan sonra baş verən məhdud əməliyyatlarda 2,6 faiz artaraq 55,37 dollara yüksəlib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272