İKT

WhatsApp bu smartfonlarda fəaliyyətini dayandırır
12 İYUL
731

WhatsApp bu smartfonlarda fəaliyyətini dayandırır

2016-07-12 16:43:00

Dünyanın ən populyar mobil messencer olan WhatsApp əfsanəvi əməliyyat sistemi olan Symbian-ı bundan sonra dəstəkləməyəcəyini bildirib.

Bu isə Nokia şirkətinin istehsalı olan köhnəlmiş modelli smartfon sahiblərini WhatsApp-dan istifadə etmək imkanlarından məhrum edir.

GSMArenadan bildirilir ki, Symbian əməliyyat sistemi ilə çalışan smartfonların sahibləri WhatsApp-dan artıq xəbərdarlıq mesajı alıblar.

“Təəssüf hissi ilə sizə bildirir kii, 31.12.2016 tarixdən etibarən WhatsApp-dan istifadə edə bilməyəcəksiniz, çünki proqram əməliyyat sistemini dəstəkləməyəcək”, – xəbərdarlıqda deyilir.

Mənbə: Banker.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275